Avtoservis mərkəzindən avtomobil oğurlanıb. Şübhəli saxlanılıb (video)
Çuy vilayətində avtomobil oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb Regional polis idarəsindən verilən məlumata görə, mayın 6-da saat 12:27 radələrində İssık-Ata rayon polis şöbəsinə naməlum şəxsin Kant şəhərində yerləşən avtoservisdən “Honda Accord” markalı avtomobili oğurlaması, sonra i

Çuy vilayətində avtomobil oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb Regional polis idarəsindən verilən məlumata görə, mayın 6-da saat 12:27 radələrində İssık-Ata rayon polis şöbəsinə naməlum şəxsin Kant şəhərində yerləşən avtoservisdən “Honda Accord” markalı avtomobili oğurlaması, sonra isə naməlum istiqamətə qaçması barədə məlumat daxil olub Faktla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 211-ci “Avtomobil oğurluğu” maddəsi ilə cinayət işi başlanıb Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bişkek-Toruqart yolunun 35-ci kilometrliyində İvanovka kəndi ərazisindən qaçırılmış avtomobil aşkar edilib. Avtomobili 2000-ci il təvəllüdlü E. T. uulu sərxoş vəziyyətdə idarə edib. O, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına aparılıb İstintaq davam edir


