Tenqri
Ana Səhifə
Dünya

“İxtisas seçərkən illər sonranı fikirləşmək lazımdır" - Təhsil eksperti

“İndi kimsə gedib dörd il sadəcə diplom xatirinə oxuyub sonra işsiz qalmaq istəmir. Bu gün texnologiya elə bir sürətlə inkişaf edir ki, süni intellekt, rəqəmsal marketinq, data analitikası kimi sahələr artıq gələcəyin yox, bu günün reallığıdır. Əgər bir gənc özünü bu rəqəmsal dünyanın içində görmürs

0 baxış525.az
“İxtisas seçərkən illər sonranı fikirləşmək lazımdır" - Təhsil eksperti
Paylaş:

“İndi kimsə gedib dörd il sadəcə diplom xatirinə oxuyub sonra işsiz qalmaq istəmir. Bu gün texnologiya elə bir sürətlə inkişaf edir ki, süni intellekt, rəqəmsal marketinq, data analitikası kimi sahələr artıq gələcəyin yox, bu günün reallığıdır. Əgər bir gənc özünü bu rəqəmsal dünyanın içində görmürsə, hansı sahəyə gedir-getsin, bir addım geridə qalacaq” Bunu təhsil eksperti Əmrah Həsənli 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, bu gün yaxşı bir müəllimə, psixoloqa və ya mühəndisə olan ehtiyac heç vaxt azalmır, sadəcə həmin mühəndis və ya müəllim öz işini müasir alətlərlə birləşdirməyi bacarmalıdır: “İxtisas seçəndə sadəcə bugünkü reytinqlərə yox, 10 il sonranın dünyasına baxsınlar. Çevik olsunlar, öyrənməyi öyrənsinlər. İndi diplom sadəcə bir qapıdır, o qapıdan içəri keçib orada qalmaq üçün isə insanın fərdi bacarıqları və dövrün tələblərinə uyğunlaşma qabiliyyəti lazımdır”

Kaynak: 525.az

Diğer Haberler