Tenqri
Ana Səhifə
Dünya

IX ANİMAFİLM Festivalına 60-dan çox ölkədən 347 animasiya göndərilib

13-17 may 2026-cı il tarixində IX ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək Bu barədə "Report"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib Qeyd olunub ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və "ANİMAFİLM" MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Ki

0 baxışreport.az
IX ANİMAFİLM Festivalına 60-dan çox ölkədən 347 animasiya göndərilib
Paylaş:

13-17 may 2026-cı il tarixində IX ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək Bu barədə "Report"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib Qeyd olunub ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və "ANİMAFİLM" MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Kino Agentliyinin və "Yaradıcı Mərkəz"in dəstəyi ilə baş tutacaq Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey-gəmi olan "Suraxanı" gəmi-muzeyi və "Fluxus Space" qalereyasında keçiriləcək Festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, "İsi və Piti" uşaq animasiya serialının, "Yulaf dönərgə" qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar ANİMAFİLM Festivalında qonaqlara "ANİMAFİLM School: Stop-motion" ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, "ANİMAFİLM" jurnalı, "OSCAR" və "BAFTA" mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq Qeyd edək ki builki festivala dünyanın 60-dan çox ölkəsindən 437 animasiya filmi göndərilib. Rəsmi müsabiqə proqramına 20 müxtəlif ölkəni təmsil edən ümumilikdə 31 film daxil edilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler