ITFC ticarətin maliyyələşdirilməsinin ümumi həcmini açıqlayır
BAKI, Azərbaycan, 16 iyun. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) bu günə kimi ticarətin maliyyələşdirilməsinə 95 milyard dollardan çox vəsait ayırıb. Trend-in məlumatına görə, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının baş əməliyyat direktoru Nazeem Noordali Bakıda keçiri

BAKI, Azərbaycan, 16 iyun. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) bu günə kimi ticarətin maliyyələşdirilməsinə 95 milyard dollardan çox vəsait ayırıb. Trend-in məlumatına görə, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının baş əməliyyat direktoru Nazeem Noordali Bakıda keçirilən 14-cü İsDB Qrupu Özəl Sektor Forumunda deyib Noordalinin sözlərinə görə, ITFC idxal-ixrac maliyyələşdirməsi, liman maliyyəsi, anbar maliyyəsi və strukturlaşdırılmış əmtəə maliyyəsi də daxil olmaqla geniş çeşiddə qısamüddətli ticarət maliyyələşdirmə alətləri təqdim edir "Biz bazarda mövcud olan ticarətin maliyyələşdirilməsi məhsullarının praktiki olaraq tam çeşidini təklif edirik" dedi O, ITFC-nin İslam İnkişaf Bankı Qrupu çərçivəsində fəaliyyət göstərən dinamik və açıq ticarətin maliyyələşdirilməsi institutu olduğunu vurğulayıb Rəsminin sözlərinə görə, korporasiya hətta Dünya Bankı və Asiya İnkişaf Bankı da daxil olmaqla, digər beynəlxalq maliyyə institutları oxşar mexanizmlərdən istifadə etməyə başlamazdan əvvəl inkişaf etməkdə olan bazarlarda ticarətin maliyyələşdirilməsinə başlayan ilk çoxtərəfli təşkilat olub "Biz ticarət maliyyəsi sahəsində qabaqcıllardan olmaqdan qürur duyuruq və ticarət axınının dəstəklənməsi üçün vacib olan inkişaf maliyyəsinin təmin edilməsində mühüm rol oynamağa davam edirik" dedi

