ITF-in baş katibi: Azərbaycanın sədrliyi vaxtında atılmış çox mühüm addım idi
Azərbaycan son üç il ərzində Beynəlxalq Nəqliyyat Forumuna (ITF) rəhbərlik edən ilk Mərkəzi Asiya regionunu təmsil edən ölkədir. Bu, bizim üçün həqiqətən böyük əlavə dəyər yaratdı AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə işə keçirilən Beynəlxalq Nəqliyyat

Azərbaycan son üç il ərzində Beynəlxalq Nəqliyyat Forumuna (ITF) rəhbərlik edən ilk Mərkəzi Asiya regionunu təmsil edən ölkədir. Bu, bizim üçün həqiqətən böyük əlavə dəyər yaratdı AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə işə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti çərçivəsində keçirilən mətbuat konfransında ITF-in baş katibi Yanq Tae Kim deyib Onun sözlərinə görə, adətən Qərbi Avropa və ümumilikdə inkişaf etmiş Qərb ölkələrindən olan çoxsaylı nümunələrlə çalışırlar. Lakin inkişaf etməkdə olan ölkələrin baxış bucağından da müxtəlif yanaşmaları öyrənmək imkanları olub “Bu, eyni məsələlər üzrə müzakirələrimizi daha da zənginləşdirdi. Eyni zamanda Latın Amerikası və Asiya ölkələri kimi bir çox qeyri-Avropa dövlətlərinin də prosesə cəlb olunması bu baxımdan mühüm rol oynadı. Xüsusilə hazırda dünyada mövcud olan geosiyasi problemlər fonunda əməkdaşlıq məsələləri bizim üçün əsas mövzulardan biridir. Bu baxımdan Azərbaycanın sədrliyi vaxtında atılmış çox mühüm addım idi. Çünki Asiya ilə Avropanın birləşdirilməsi artıq hamımız üçün prioritet məsələyə çevrilib. Şübhəsiz ki, biz bu istiqamətdə ideyaların inkişafını davam etdirəcəyik”, - deyə təşkilatın baş katibi vurğulayıb Hazırda daha çox dəniz nəqliyyatından asılı olduqlarını ifadə edən Yanq Tae Kim dekarbonizasiya baxımından bu nəqliyyat sektorunu ən çətin sahələrdən biri adlandırıb: “Avrasiya məkanında nəqliyyat vasitələrinin daha balanslı şəkildə inkişaf etdirilməsi isə bu məsələyə yanaşmada əlavə üstünlüklər yarada bilər. Ümumilikdə, mən bu prosesdən çox məmnun qaldım və Azərbaycan hökumətinin, eləcə də görüşdə iştirak edən səfirin dəstəyini yüksək qiymətləndirirəm. Azərbaycan hökuməti tərəfindən formalaşdırılan bütün əlaqələr və əməkdaşlıq şəbəkələri xüsusi minnətdarlıqla qeyd olunmalıdır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


