Ölkəni silkələyən azğın futbolçunun 15 yaşlı qıza göndərdiyi mesajları təqdim edirik
İngiltərə Premyer Liqa komandası "Bornmut"da çıxış edən Aleks Ximenezlə bağlı böhran getdikcə dərinləşir. Sosial mediada yayılan mesajlardan sonra gənc futbolçu "Fulhem" matçı üçün heyətə daxil edilməsə də, ortaya çıxan yeni detallar İngiltərədə böyük təsir bağışlayıb Bornmut daha əvvəl sosial med

İngiltərə Premyer Liqa komandası "Bornmut"da çıxış edən Aleks Ximenezlə bağlı böhran getdikcə dərinləşir. Sosial mediada yayılan mesajlardan sonra gənc futbolçu "Fulhem" matçı üçün heyətə daxil edilməsə də, ortaya çıxan yeni detallar İngiltərədə böyük təsir bağışlayıb Bornmut daha əvvəl sosial mediada yayılan yazılardan xəbərdar olduqlarını və məsələnin ətraflı şəkildə araşdırıldığını açıqlamışdı. Klub bu səbəbdən Aleks Ximenezin Fulhem matçı üçün heyətdə olmadığını açıqlayıb Sosial mediada yayılan skrinşotlarda Alex Jimenez və qurban olduğu deyilən qız arasında diqqətçəkən söhbətlər əks olunub. İddiaya görə, Ximenez "Görüşməyimiz necə olacaq?" Soruşarkən qarşı tərəfin “hələ 18 yaşım yoxdur” deyə cavab verdiyi görülüb Gənc qız qalan mesajlarda yaşını 15 olaraq bildirsə də, Jimenezin "Bəli, çünki çox şirinsən. Bir az gəncsən, amma mənim üçün fərqi yoxdur" dediyi iddia edilib. İddiaya görə, Jimenez başqa bir mesajda "Əlbəttə yaş önəmlidir, amma mən özümdən kiçik qızlardan xoşum gəlir" deyib Mesajların ortaya çıxmasından sonra sosial şəbəkədə "Bornmut"un futbolçusuna böyük reaksiya olub. Bir çox istifadəçi klubun daha sərt addımlar atmalı olduğunu müdafiə edirdi Britaniya komandasının hadisə ilə bağlı daxili araşdırmasını davam etdirdiyi bildirilsə də, hələlik Aleks Ximenez tərəfindən rəsmi açıqlama verilməyib


