Tenqri
Ana Səhifə
Dünya

İtaliyanın Azərbaycana artan marağı siyasi və strateji məzmun daşıyır ŞƏRH

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana gözlənilən səfəri artıq baş tutub və bu səfər həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında böyük maraqla qarşılanıb. Ümumiyyətlə, Meloni hazırda Avropa siyasətində seçilən, təsir gücünə malik xarizmatik qadın liderlərdən biri kimi

0 baxışazertag.az
İtaliyanın Azərbaycana artan marağı siyasi və strateji məzmun daşıyır ŞƏRH
Paylaş:

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana gözlənilən səfəri artıq baş tutub və bu səfər həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında böyük maraqla qarşılanıb. Ümumiyyətlə, Meloni hazırda Avropa siyasətində seçilən, təsir gücünə malik xarizmatik qadın liderlərdən biri kimi qiymətləndirilir. Son illərdə onun rəhbərliyi altında İtaliya passiv xarici siyasət xəttindən uzaqlaşaraq daha fəal və təşəbbüskar mövqe sərgiləməyə başlayıb. Bu yeni yanaşma isə özünü Azərbaycan ilə münasibətlərin inkişafında da aydın şəkildə göstərir Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Turan Rzayev deyib O qeyd edib ki, İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarındandır. İki ölkə arasında siyasi, diplomatik və iqtisadi sahədə dərin köklü, inkişaf edən əlaqələr var. İtaliya kimi böyük və nüfuzlu bir ölkənin Azərbaycan ilə bu səviyyədə əməkdaşlıq qurması təsadüfi deyil, bu, düşünülmüş və uzunmüddətli strategiyanın nəticəsidir “Bu gün İtaliyanın Azərbaycana marağı artan xətt üzrə davam edir və bu maraq təkcə iqtisadi deyil, siyasi və strateji məzmun da daşıyır. İtaliya Avropanın böyük gücləri arasında Azərbaycanın ilk strateji tərəfdaşı kimi fərqlənir. Münasibətlərin bu səviyyəyə çatması onu göstərir ki, Azərbaycan artıq region daxilində deyil, daha geniş miqyasda ciddi tərəfdaş kimi qəbul olunur. Enerji, iqtisadiyyat və nəqliyyat sahələrində qurulan əlaqələr iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Bu münasibətlərdə qarşılıqlı etimad açıq hiss olunur və tərəflər bir-birini, sadəcə, tərəfdaş yox, eyni zamanda, etibarlı müttəfiq kimi görür”, - deyə politoloq vurğulayıb T.Rzayev qeyd edib ki, Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi baxımdan diqqət çəkir. O, Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında iştirakdan sonra Azərbaycana səfər etməklə regionda balanslı və ardıcıl diplomatik xəttin davam etdiyini göstərdi. Bakı qədər İtaliya üçün də Tramp yolunun ən qısa zamanda istifadəyə verilməsi vacibdir. Beləliklə Bakı bu yol üzərindən yeni enerji layihələri icra edə, həmçinin Avropaya, İtaliyaya mavi qazın nəqlini artıra bilər “Azərbaycan-İtaliya münasibətlərində enerji sahəsi xüsusi yer tutur. Rəsmi Bakı TANAP və TAP layihələri ilə Albaniyanın Tirana limanına, oradan isə İtaliyaya mavi qaz nəql edir. Buradan isə Avropanın vahid qaz şəbəkəsinə çıxış imkanımız var. Rəsmi Roma da Azərbaycanla əməkdaşlığa maraqlıdır. Məsələn, İtaliya işğaldan azad edilən ərazilərin bərpa prosesində ən aktiv iştirak edən ölkələrdəndir. Azad olunmuş ərazilərdə İtaliya şirkətləri 23 layihəyə malikdir və layihələrin icrasında bu ölkə qabaqcıl yerlərdədir”, - deyə politoloq əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler