İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?
İyunun 14-də İsveçrədə əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması məsələsinin həll olunacağı səsvermə keçiriləcək. Hazırda İsveçrədə 9 milyondan bir qədər çox insan yaşayır və onların təxminən dörddəbiri əcnəbilərdir AZƏRTAC xəbər verir ki, bəzi dairələr bu referendumu “İsveçrə Breksiti”

İyunun 14-də İsveçrədə əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması məsələsinin həll olunacağı səsvermə keçiriləcək. Hazırda İsveçrədə 9 milyondan bir qədər çox insan yaşayır və onların təxminən dörddəbiri əcnəbilərdir AZƏRTAC xəbər verir ki, bəzi dairələr bu referendumu “İsveçrə Breksiti” ilə müqayisə edir. Bu isə təklifin qəbul ediləcəyi təqdirdə iqtisadi zərbə vurma ehtimalından narahat olan çoxsaylı müəssisələrdə ciddi narahatlıq yaradır Sağçı İsveçrə Xalq Partiyasının (SVP) irəli sürdüyü əhalinin sayının məhdudlaşdırılması təşəbbüsünün tərəfdarları bildirirlər ki, əhalinin artması yerli infrastrukturun, yolların və ictimai nəqliyyatın üzərinə düşən yükü artırır, həmçinin kirayə haqlarının və cinayətkarlığın yüksəlməsinə səbəb olur. Bu barədə “Reuters” agentliyi yazır Lakin şirkətlər və işəgötürənlər hesab edirlər ki, təşəbbüsün lehinə səs verilməsi İsveçrədə ixtisaslı işçilərin cəlb olunmasını çətinləşdirəcək və ölkənin ən böyük ixrac bazarı olan Avropa İttifaqı ilə münasibətlərə zərər vuracaq “Belvoir” lüks hotellər şəbəkəsinin baş direktoru Martin fon Moosun sözlərinə görə, xarici işçilərin hamısı itirilsə, hotel fəaliyyətini davam etdirə bilməyəcək. Məsələn, onun rəhbərlik etdiyi müəssisənin 115 əməkdaşının təxminən yarısı əcnəbilərdir “İsveçrədə on milyon nəfərə yox” təşəbbüsü 2050-ci ilədək ölkənin daimi əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Təklifə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçən kimi hökumət və parlament müvafiq tədbirlər görməlidir. Həm hökumət, həm də qanunvericilər bu təşəbbüsü rədd ediblər Bu səsvermə sağçı partiyaların miqrasiya, mənzil təminatı və dövlət xidmətləri ilə bağlı narahatlıqlardan istifadə etməsinin növbəti nümunəsidir Biznes dairələrinin nümayəndələri arasında olan tənqidçilər bildirirlər ki, əhalinin sayının məhdudlaşdırılması Avropanın ən dayanıqlı iqtisadiyyatlarından birinə ciddi zərər vura bilər Əməkdaşlarının bir hissəsi əcnəbilərdən ibarət olan sahibkarlar bizneslərini İsveçrədən çıxarmaq imkanını nəzərdən keçirməyə başlayıblar Bir çox Avropa ölkələri kimi, İsveçrə də əhalinin qocalması problemi ilə üzləşib. İsveçrə Federal Statistika İdarəsinin məlumatına görə, 2055-ci ilədək ölkədə 20-64 yaş qrupuna aid əhalinin payı 60 faizdən 56 faizə enəcək. Eyni zamanda, 65 yaşdan yuxarı şəxslərin payı hazırkı 21 faizdən 27 faizə yüksələcək Təşəbbüsün əleyhdarları bildirirlər ki, İsveçrəyə gələnlərin çoxu ölkə iqtisadiyyatının inkişafına töhfə vermiş sahibkarlar olub. Buna nümunə kimi tam və ya qismən əcnəbilər tərəfindən yaradılmış “Nestle”, “Swatch” və ABB kimi tanınmış şirkətlər göstərilir “Avenir Suisse” şirkətinin 2023-cü ildə apardığı araşdırmaya əsasən, İsveçrədə şirkət təsisçilərinin 39 faizi əcnəbilər olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


