Tenqri
Ana Səhifə
Dünya

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

İsveçrə millisinin hücumçusu Brel Embolo dünya çempionatının qrup mərhələsində Qətər yığmasına qarşı keçirilən oyunda hesabı açıb AZƏRTAC xəbər verir ki, o, matçın 17-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb Bu qol İsveçrə yığmasının futbol üzrə dünya çe

0 baxışazertag.az
İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub
Paylaş:

İsveçrə millisinin hücumçusu Brel Embolo dünya çempionatının qrup mərhələsində Qətər yığmasına qarşı keçirilən oyunda hesabı açıb AZƏRTAC xəbər verir ki, o, matçın 17-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb Bu qol İsveçrə yığmasının futbol üzrə dünya çempionatları tarixində əsas və ya əlavə vaxtda penalti zərbəsindən vurduğu ilk qol kimi qeydə alınıb. Penaltilər seriyası nəzərə alınmadıqda, komanda indiyədək mundiallarda 11 metrlik cərimə zərbəsindən fərqlənməmişdi Beləliklə, İsveçrə millisinin dünya çempionatlarında penalti qolu həsrəti 41 oyundan sonra başa çatıb. Bu göstərici turnirin tarixində ən uzun seriyalardan biri hesab olunurdu Qeyd edək ki, İsveçrə və Qətər yığmaları arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler