Tenqri
Ana Səhifə
Dünya

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

İsveçrənin Sürix şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleyası tərəfindən təşkil olunan 17-ci İllik Biznes Hüquq Forumunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əfifə Əsgərova Kazancı, Nərmin Süleymanlı, Gülay Səfərova və Xəyalə Cəfərova da təmsil olunubla

0 baxışazertag.az
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
Paylaş:

İsveçrənin Sürix şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleyası tərəfindən təşkil olunan 17-ci İllik Biznes Hüquq Forumunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əfifə Əsgərova Kazancı, Nərmin Süleymanlı, Gülay Səfərova və Xəyalə Cəfərova da təmsil olunublar Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından məlumat verilib. Qeyd olunub ki, forum çərçivəsində Vəkillər Kollegiyasının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Belə ki, kollegiyanın nümayəndələri İsveçrə Vəkillər Kollegiyasının sədri Georg Rauber, eləcə də müxtəlif ölkələrin vəkillik qurumlarının təmsilçiləri ilə görüşərək qarşılıqlı əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar Görüş zamanı Georg Rauber yaxın zamanda ölkəmizə səfər etməyi planlaşdırdığını bildirərək ölkəmiz barədə xoş təəssüratlarını bölüşüb və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edib Qeyd edək ki, 1927-ci ildə yaradılmış və 110 ölkədən üzvü olan UIA peşəkar inkişafı asanlaşdıran, hüquqşünasların təhsil və şəbəkələşməsinə töhfə verən və qanunun aliliyini təşviq edən qlobal və multikultural təşkilatdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler