İsveçdə süni mayalanmanın əhatə dairəsinin genişləndirilməsi təklif olunur
İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, “Mötədillər” partiyası ödənişsiz ekstrakorporal mayalanmaya (EKO) çıxışı genişləndirməyi təklif edir AZƏRTAC xəbər verir ki, təklif yalnız uşaqsız cütlüklərə deyil, həm də ikinci uşaq sahibi olmaq istəyən ailələrə dövlət tərəfindən maliyyələşdirilən ü

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, “Mötədillər” partiyası ödənişsiz ekstrakorporal mayalanmaya (EKO) çıxışı genişləndirməyi təklif edir AZƏRTAC xəbər verir ki, təklif yalnız uşaqsız cütlüklərə deyil, həm də ikinci uşaq sahibi olmaq istəyən ailələrə dövlət tərəfindən maliyyələşdirilən üç cəhdi təmin edəcək. Kristersson bəyan edib: “Düşünürəm ki, bu, bir çox ailənin həyatında mühüm rol oynaya bilər” Təşəbbüs “Baş nazirə zəng edin” podkastında elan edilib və partiya üçün kampaniya vədinə çevrilə bilər. Hazırda pulsuz süni mayalanma proseduru yalnız uşaqsız olanlar üçün mümkündür, digərləri isə onun haqqını özləri ödəməlidir. Təklif hakim koalisiya daxilində əvvəllər əldə edilmiş razılaşmalardan kənara çıxır. Baş nazir vurğulayır ki, bu tədbir ölkədə hər qadına təxminən 1,4 uşaq düşən aşağı doğum nisbəti fonunda ailələrə dəstək ola bilər Bundan əlavə, partiya 40 yaşdan yuxarı qadınlar üçün yumurtanın dondurulması seçimini də əhatə edən süni mayalanmaya çıxış qaydalarının yenidən nəzərdən keçirilməsini təklif edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
