İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur
İsveçdə gəlirlər üzrə gender bərabərliyinə nail olunması tempi yavaşlayır AZƏRTAC xəbər verir ki, “Swedbank” tərəfindən aparılan yeni araşdırmaya əsasən, kişilər və qadınlar arasında gəlir bərabərliyinin yalnız 2063-cü ilə qədər təmin olunacağı gözlənilir. Halbuki cəmi üç il əvvəl ekspertlər bunun

İsveçdə gəlirlər üzrə gender bərabərliyinə nail olunması tempi yavaşlayır AZƏRTAC xəbər verir ki, “Swedbank” tərəfindən aparılan yeni araşdırmaya əsasən, kişilər və qadınlar arasında gəlir bərabərliyinin yalnız 2063-cü ilə qədər təmin olunacağı gözlənilir. Halbuki cəmi üç il əvvəl ekspertlər bunun 2048-ci ilədək mümkün olacağını proqnozlaşdırırdılar Mütəxəssislər davam edən bərabərsizliyi qadınların uşaqlara qulluqla bağlı öhdəlikləri daha çox üzərlərinə götürməsi və valideynlik məzuniyyətindən kişilərlə müqayisədə daha geniş istifadə etməsi ilə əlaqələndirirlər. Bu amillər onların karyera imkanlarına və gəlir səviyyəsinə mənfi təsir göstərir Araşdırma göstərir ki, vəziyyət ölkənin müxtəlif bölgələrində əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, Yönçöpingdə gəlir bərabərliyinə 2051-ci ilədək nail olunacağı gözlənilsə də, Norrbottendə bunun yalnız 2157-ci ildə mümkün olacağı proqnozlaşdırılır “Swedbank”ın hesablamalarına görə, gəlir fərqinin aradan qaldırılması orta əməkhaqqı alan bir qadının vergilər ödənildikdən sonra aylıq gəlirini təxminən 700 İsveç kronu (təxminən 75 ABŞ dolları) artırar İqtisadçılar qeyd edirlər ki, daha aşağı gəlir səviyyəsi qadınların maliyyə müstəqilliyini məhdudlaşdırır və onların həyatla bağlı müstəqil qərarlar qəbul etmək imkanlarına təsir göstərir Əhalinin rifahı ilə bağlı fəal siyasi müzakirələrə baxmayaraq, gender əsaslı gəlir fərqi problemi hələ də ictimai diqqətin mərkəzində deyil 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


