“İstedadlı ifaçının xüsusi dəstəyə ehtiyacı olmur” - Vasif Nuriyev
Vasif Nuriyev 1988-ci ildə Şamaxının qədim və zəngin musiqi mühiti ilə seçilən Qaladərəsi kəndində anadan olub. Musiqiyə olan marağı uşaqlıq illərindən formalaşıb və ilk təhsilini Şamaxı Uşaq Musiqi Məktəbində alıb. Burada qazandığı ilkin bilik və bacarıqlar onun sənət yolunun əsas təməlini təşkil e

Vasif Nuriyev 1988-ci ildə Şamaxının qədim və zəngin musiqi mühiti ilə seçilən Qaladərəsi kəndində anadan olub. Musiqiyə olan marağı uşaqlıq illərindən formalaşıb və ilk təhsilini Şamaxı Uşaq Musiqi Məktəbində alıb. Burada qazandığı ilkin bilik və bacarıqlar onun sənət yolunun əsas təməlini təşkil edib Daha sonra təhsilini musiqi istiqaməti üzrə kollecdə davam etdirən Vasif Nuriyev ali təhsil pilləsində də sənət yolunu seçib. Bakalavr təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsil almağa başlayıb cu illərdə isə Şamaxı Humanitar Kollecində muğamın tədrisi ilə məşğul olub. Muğam və Azərbaycan xalq musiqisinə xüsusi maraq göstərən ifaçı sənət fəaliyyətində milli musiqi ənənələrinin qorunmasına və inkişafına önəm verir. Gənc yaşlarından bu sənətə bağlılığı ilə seçilən Vasif Nuriyev öz üzərində daim çalışan və sənətini inkişaf etdirməyə çalışan ifaçılardandır Vasif bəy, sənət fəaliyyətinizdə hansı yeniliklər var? Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsil alıram. İxtisas müəllimlərim Xalq artistləri Səkinə İsmayılova və Teyyub Aslanovdur. Bir neçə mahnı üzərində işləyirəm, yaxın zamanlarda təqdimatı olacaq. Ümid edirəm ki, dinləyicilər tərəfindən bəyəniləcək Daha çox hansı xanəndənin üslubundan bəhrələnmisiniz? Düşünürəm ki, peşəkar xanəndə olmaq üçün mütləq həm klassik, həm də müasir ifaçılarımızın hər birinin sənəti ilə yaxından tanış olmalısan. Mən də sevə-sevə xanəndələrimizi, dəyərli sənətkarlarımızı dinləyirəm. Ruhuma yaxın olan ustadlar var ki, onlardan bəhrələnirəm. Onların sırasında həm dünyasını dəyişmiş, həm də bu gün yaşayan korifey sənətkarlarımız var. Ümumilikdə isə Azərbaycan xalq musiqisinə xidmət edən ifaçıların hər birinin sənəti ilə yaxından tanış olmağa çalışmışam Sizin ifanızda həm Segah, həm də Çahargah təsnifini sevə-sevə dinləmişəm. Siz özünüzə hansı təsnifi daha yaxın bilirsiniz? Təsniflər muğamın ruhundan qaynaqlanır. Belə təsəvvür edək ki, təsniflər muğam şöbələrinin ritmik variantıdır. Muğam sözünün mənası məqam, yer, zaman deməkdir. Günün elə bir anı olar ki, Rast muğamı daha xoş gələr, yaxud elə bir məqam olar ki, orada başqa muğam insanın ruhuna daha yaxın olar. Ona görə də təsniflərin hər biri mənə doğmadır. Amma Şur muğamını ruhuma daha yaxın hesab edirəm Repertuarınızda bəstəkar mahnıları da var. Maraqlıdır, mahnı seçərkən daha çox sözlərə fikir verirsiniz, yoxsa musiqiyə? Musiqi sözün daha gözəl təqdimatı üçün bir vasitədir. Əsl mövzu sözdür. Mütləqdir ki, söz gözəl olsun. Musiqi də ifaçının ruhuna uyğun olanda ortaya xüsusi bir gözəllik çıxır. Mən əsas üstünlüyü sözə verirəm Xalq artisti Gülyanaq xanım Məmmədova ilə duetiniz maraqlı alınmışdı Mən bakalavr təhsilimi də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışam. Orada Gülyanaq xanımın sinfini bitirmişəm. “Sən də həmdəm, mən də həmdəm” mahnısını əvvəlcədən oxumuşdum, hazır idi. Sonradan ürəyimdən keçdi ki, Gülyanaq xanımın da ifası bu mahnıda olsun. Sənətkarımız da sağ olsun ki, bu mahnıya xüsusi rəng qatdı. Fikrimcə, ortaya dinləyicilərin ürəyincə olan bir iş çıxdı Sizdən öncəki nəsildən, ustadlardan dəstək görmüsünüzmü? Düşünürəm ki, ciddi istedadı olan ifaçının xüsusi dəstəyə ehtiyacı olmur. Çünki muğam əyani bir sənətdir. Burada insan ancaq öz zəhməti və istedadı ilə mövqe qazanır. “Sənət tarixçəsi” deyilən bir anlayış var ki, onu hansısa dəstəklə zənginləşdirmək mümkün deyil. Buna baxmayaraq, düşünürəm ki, sənətkarlar özlərindən sonra gələn nəslə diqqət və dəstək göstərməlidirlər. Mən də o diqqəti ustad Alim Qasımovdan görmüşəm. Onun tövsiyəsi ilə bu sənətə gəlmişəm. Hər zaman ondan və digər bir neçə ustadımızdan ifa tərzimə xüsusi diqqət və qayğı görmüşəm İstərdim sonda bir qədər də gələcək planlarınız haqda danışaq Planlarım haqqında danışmağı çox sevmirəm. Amma arzularım var. Ən böyük arzum gözəl sənət nümunələri yaratmaqdır. Xalq musiqimizi çox sevirəm. Bizim musiqi sənətimiz o qədər zəngin, o qədər gözəldir ki... Dünyanı heyrətləndirəcək muğam kimi böyük bir sənətimiz var. Mən də bir ifaçı kimi bu sahəyə öz töhfəmi vermək istəyirəm

