İstanbulda tarixi anlar: Uels şahzadəsi də tribunadadır
UEFA Avropa Liqasının finalında tarixi gecə oldu. İstanbulun Tüpraş stadionunda Almaniyanın köklü klublarından olan “Frayburq” və İngiltərə təmsilçisi “Aston Villa” komandaları üz-üzə gəlib. Futbolsevərlərin böyük marağına səbəb olan nəhəng final tribunalarda rəngarəng görüntülərə şahidlik edib İs

UEFA Avropa Liqasının finalında tarixi gecə oldu. İstanbulun Tüpraş stadionunda Almaniyanın köklü klublarından olan “Frayburq” və İngiltərə təmsilçisi “Aston Villa” komandaları üz-üzə gəlib. Futbolsevərlərin böyük marağına səbəb olan nəhəng final tribunalarda rəngarəng görüntülərə şahidlik edib İstanbulun ev sahibliyi etdiyi bu mötəbər yarışı izləyənlər arasında çox özəl qonaq da olub. Aston Villaya olan həvəsi ilə tanınan Uels şahzadəsi Uilyam komandasını bu kritik döngədə tək qoymamaq üçün tribunalardakı yerini tutub. Uilyamın tribunadakı həyəcanlı vəziyyəti kameralardan yayınmayıb Aston Villa ilk hissəni 2:0 öndə bitirərək azarkeşlərinə böyük sevinc bəxş edib. Aston Villanın vurduğu qollardan sonra şahzadə Uilyam da sevinib Nəhəng qarşılaşma matçdan əvvəl və oyun zamanı keçirdiyi həyəcanlı anları ilə Avropa futbolunun unudulmaz finalları arasında adını yazdırıb

