İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
Region dövlətlərinin inteqrasiya proseslərinə daxil olması tərəflərə iqtisadi inkişaf və siyasi sabitliklə yanaşı, yeni güc mərkəzinin yaranmasına da münbit şərait yaradır. Azərbaycanın sülh istiqamətində atdığı addımlar dünya birliyi tərəfindən dəstəklənməklə yanaşı, təqdim etdiyi layihələr maliyyə

Region dövlətlərinin inteqrasiya proseslərinə daxil olması tərəflərə iqtisadi inkişaf və siyasi sabitliklə yanaşı, yeni güc mərkəzinin yaranmasına da münbit şərait yaradır. Azərbaycanın sülh istiqamətində atdığı addımlar dünya birliyi tərəfindən dəstəklənməklə yanaşı, təqdim etdiyi layihələr maliyyələşməyə də hazırdır. Bu kontekstdə Türkiyə, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin İstanbul görüşü əlamətdar hadisədir Bu sözləri AZƏRTAC-a açıqlamasında professor Çingiz Axundov deyib. O bildirib ki, görüşün nəticəsində imzalanan bəyannamə tərəflərin niyyətini nümayiş etdirib. Bəyannamədə deyilir ki, dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyi bir daha təsdiq edilib. Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb, regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyəti qeyd edilib. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsi yüksək qiymətləndirilib. Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımların əsas rolu vurğulanıb. Sənəddə yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsinə və daha da genişləndirilməsinə tam dəstək bir daha təsdiqlənib. Bütün bu sahələrdə əməkdaşlıq hər üç dövlətin strateji tərəfdaşlığını göstərən amillərdir” Professor diqqətə çatdırıb ki, hazırda regionumuzdan keçən nəqliyyat dəhlizlərinin fəaliyyətini bu üç dövlət təmin edir: “Azərbaycan Çindən Mərkəzi Asiyaya, oradan isə Bakı limanına daxil olan yükləri qarşılayıb yola salmaq üçün geniş infrastruktur layihələri həyata keçirib. Bu ticarət dəhlizi və digər beynəlxalq əhəmiyyətli layihələr dövlətlərin iqtisadi və siyasi inteqrasiyasını gücləndirir. Bu əməkdaşlığa regionun digər dövlətlərinin qatılması yeni regional güc mərkəzinin yaranması ilə də nəticələnə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əməkdaşlığın əsasında siyasi ambisiyalar deyil, iqtisadi inteqrasiya dayanır. Hər bir tərəfin faydalanması isə qarşılıqlı faydalı əməkdaşlığa təkan verir” O əlavə edib ki, bu gün dünyada cərəyan edən geosiyasi proseslər xüsusilə də İran və Ukrayna ətrafındakı münaqişələr regionumuzda sabitliyin qorunub saxlanmasını tələb edir. Bunun üçün isə region dövlətləri səylərini artırıb. Bu da perspektivdə daha səmərəli layihələrin həyata keçiriləcəyini deməyə əsas verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


