İsrailin milli təhlükəsizlik nazirinin Polşaya girişinə qadağa qoyulub
“İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulub” 525.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib "Bu il o, Polşaya gəlməyə cəhd göstərib, etmişdi, amma biz buna icazə vermədik. Hazırda onun girişinə rəsmi qadağa qoyulu

“İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulub” 525.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib "Bu il o, Polşaya gəlməyə cəhd göstərib, etmişdi, amma biz buna icazə vermədik. Hazırda onun girişinə rəsmi qadağa qoyulub", - XİN başçısı deyib O, Ben-Qviri "Polşada ictimai asayişə təhlükə yaradan “şovinist və narsisist" adlandırıb Cümə axşamı Polşa xarici işlər naziri Daxili İşlər Nazirliyinə Ben-Qvirin ölkəyə girişinə rəsmi qadağa qoyulması üçün sorğu göndərib. Elə həmin gün Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski israilli nazirin qara siyahıya salınmasına göstəriş verib Daha əvvəl İsrailin Varşavadakı müvəqqəti işlər vəkilini Ben-Qvirin Sumud donanmasının saxlanılan fəallarına qarşı hərəkətlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb 20 may tarixində Ben-Qvir “X” hesabında saxlanılan donanma fəallarının İsrailə gəlişinin görüntülərini əks etdirən video paylaşıb. Görüntülərdə saxlanılan onlarla şəxsin əlləri bağlı, diz çökmüş vəziyyətdə silahlı sərhədçilərin nəzarəti altında İsrailin dövlət himnini dinləməyə məcbur edildiyi göstərilir. Qeyd edək ki, saxlanılan 430 nəfər arasında iki Polşa vətəndaşı da olub

