İsrailin Livanın cənubuna endirdiyi hava hücumunda 3 nəfər ölüb
Ölkənin rəsmi xəbər agentliyi olan NNA-da yer alan xəbərdə İsrail ordusunun atəşkəsə baxmayaraq ölkənin cənubunu bombalamağa davam etdiyi qeyd edilib İsrailin cənubundakı Sur şəhərinin Abbasiyə qəsəbəsinə təşkil etdiyi hava hücumunda 3 mülki vətəndaşın həyatını itirdiyi, İsrailin də Nəbatiyə şəhər

Ölkənin rəsmi xəbər agentliyi olan NNA-da yer alan xəbərdə İsrail ordusunun atəşkəsə baxmayaraq ölkənin cənubunu bombalamağa davam etdiyi qeyd edilib İsrailin cənubundakı Sur şəhərinin Abbasiyə qəsəbəsinə təşkil etdiyi hava hücumunda 3 mülki vətəndaşın həyatını itirdiyi, İsrailin də Nəbatiyə şəhərində bir çox qəsəbəni bombaladığı bildirilib Xəbərdə İsrail ordusunun Nəbatiyənin Deyr Əntar, Kefr Tebnit, Ərnun, Şevkeyn və Zübdeyn qəsəbələrini həm döyüş təyyarələri, həm də pilotsuz uçuş aparatları (PUA) ilə bombaladığı bildirilib Bu arada İsrailin gün ərzində Livanın cənubunda həyata keçirdiyi hava hücumlarında 6 nəfərin həyatını itirdiyi bildirilib İsrailin Livana hücumları və atəşkəs İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir çox şəhərləri işğal edib Livan hökuməti bu müddət ərzində ölkədəki köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb ABŞ prezidenti Donald Tramp aprelin 24-də verdiyi açıqlamada Livan ilə İsrail arasında aprelin 17-də qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını açıqlayıb ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında mayın 14-15-də keçirilən üçüncü raund danışıqları nəticəsində mayın 17-dən etibarən atəşkəsin 45 gün uzadılmasına qərar verilib Livan Səhiyyə Nazirliyi son açıqlamasında İsrailin 2 martdan bu yana ölkəyə təşkil etdiyi hücumlarda 3 min 526 nəfərin həyatını itirdiyini bildirib ABŞ Dövlət Departamenti dünən Vaşinqtonda keçirilən danışıqların dördüncü raundundan sonra elan etdi ki, İsrail və Livan Hizbullahın hücumlarını tamamilə dayandırması və Litani çayının cənubundan bütün elementlərini geri çəkməsi şərti ilə hərtərəfli atəşkəsə razılaşıblar Lakin elan edilən atəşkəs razılaşmalarına baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir


