Tenqri
Ana Səhifə
Dünya

"İsrailin hücumları Türkiyə üçün də təhlükəyə çevrilib" - Ərdoğan

"İsrailin Suriya və Livana hücumları Türkiyə üçün də təhlükə yaratmağa başlayıb” 525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın parlament fraksiyasının iclasında çıxış edərkən bildirib O deyib ki, İsrailin hücumları təkcə region üçün deyil, bütün bəşəriyy

0 baxış525.az
"İsrailin hücumları Türkiyə üçün də təhlükəyə çevrilib" - Ərdoğan
Paylaş:

"İsrailin Suriya və Livana hücumları Türkiyə üçün də təhlükə yaratmağa başlayıb” 525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın parlament fraksiyasının iclasında çıxış edərkən bildirib O deyib ki, İsrailin hücumları təkcə region üçün deyil, bütün bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib “Netanyahu və onun şəbəkəsinin Suriya və Livana hücumları təkcə bu iki qardaş ölkəni deyil, həm də Türkiyəni təhdid edən nöqtəyə çatıb. İstəyirəm ki, hamı birdəfəlik başa düşsün, Suriya və Livan iki müstəqil dövlətdir. Bu iki dövlət həm də Türkiyənin coğrafiyasında yerləşir. Dəməşq və Beyrut İstanbulun qardaş şəhərləridir. Türkiyənin təhlükəsizliyi yalnız Hatayda (Suriya ilə sərhəddə yerləşən vilayət -) deyil, həm də Hələb, Dəməşq və Beyrutda başlayır”, - Ərdoğan söyləyib Əlavə edib ki, Ankara regionda qardaşlarına edilən hücumlara heç vaxt göz yummayacaq. Şərqi Aralıq dənizindəki vəziyyətdən danışan prezident qeyd edib ki, heç kim bu bölgədə öz xəyallarını gerçəkləşdirməyə çalışmamalıdır

Kaynak: 525.az

Diğer Haberler