İsrail Livan sərhədi yaxınlığındakı sahil zolağını bağlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) Livan sərhədi yaxınlığındakı sahil zolağında qapalı hərbi zona rejiminin tətbiq edildiyini açıqlayıb "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir Məlumata görə, hərbi zona rejimi sərhədyanı Roş-a-Nikra yaşayış məntəqəsindən Axz

İsrail Müdafiə Qüvvələri (İMQ) Livan sərhədi yaxınlığındakı sahil zolağında qapalı hərbi zona rejiminin tətbiq edildiyini açıqlayıb "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir Məlumata görə, hərbi zona rejimi sərhədyanı Roş-a-Nikra yaşayış məntəqəsindən Axziv milli parkına qədər olan sahil xəttinə şamil edilir. Sözügedən sahənin uzunluğu təxminən 5 km təşkil edir Rəsmi bəyanatda qeyd olunur ki, qərar "vəziyyətin qiymətləndirilməsinin yekunlarına əsasən" qəbul edilib. Bundan sonra qeyd olunan əraziyə giriş tamamilə qadağandır "İsrail Müdafiə Qüvvələri bu ərazinin müdafiəsinə hazır vəziyyətdə qalır", - ordu əlavə izahat vermədən qeyd edib Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


