İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
İsrail ordusu İranın cənub-qərbində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda hücumun hərbi kəşfiyyatın məlumatları əsasında hava qüvvələri tərəfindən həyata

İsrail ordusu İranın cənub-qərbində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda hücumun hərbi kəşfiyyatın məlumatları əsasında hava qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Mahşəhrdə yerləşən neft-kimya kompleksinin daxilində bir neçə obyekt hədəfə alınıb İranın “Fars” agentliyi isə Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavininə istinadla bildirib ki, Bəndər Mahşəhr yaxınlığında yerləşən Karun neft-kimya zavodu hücuma məruz qalıb. İsrail tərəfindən atılan mərminin partlaması nəticəsində müəssisənin bəzi hissələrinə ziyan dəyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


