İsrail İranın ürəyini vuracaqdı! Tramp son sözünü deyib
İsrail mətbuatında çıxan xəbərlərə görə, İranla son gərginlik zamanı İsrail ordusu son anda çox daha əhatəli hücum planını rəfə atıb “Times of Israel”in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler əsgərlərə ünvanladığı mesajda İrana qarşı genişmiqyaslı əməli

İsrail mətbuatında çıxan xəbərlərə görə, İranla son gərginlik zamanı İsrail ordusu son anda çox daha əhatəli hücum planını rəfə atıb “Times of Israel”in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler əsgərlərə ünvanladığı mesajda İrana qarşı genişmiqyaslı əməliyyata hazırlıqların tamamlandığını, lakin hücumun başlamasına az qalmış hücumun ləğv edildiyini bildirib Tişlerin açıqlamalarına görə, İsrail Hərbi Hava Qüvvələri İranın raket hücumlarına cavab olaraq ölkə daxilində yüzlərlə hədəfə qarşı genişmiqyaslı əməliyyat planlaşdırıb. İsrail döyüş təyyarələrinin xidmətə hazır vəziyyətə gətirildiyi və hücum brifinqlərinin keçirildiyi bildirilib Lakin əməliyyatın başlamasına təxminən bir saat qalmış hücum əmri geri götürülüb İsrail mətbuatında yer alan iddialara görə, ABŞ prezidenti Donald Trampın gərginliyin daha da artacağına dair xəbərdarlığı əməliyyatın ləğvində təsirli olub. Xəbərdə baş nazir Benyamin Netanyahunun Trampın mesajından sonra planlaşdırılan hücumu dayandırmağa qərar verdiyi iddia edilib Tişler son qarşıdurmalar zamanı İsrail döyüş təyyarələrinin İranda bir çox hədəfi vurduğunu, hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurduğunu və rejimə sadiq ünsürləri hədəfə aldığını bildirib İsrail mətbuatının yazdığına görə, ləğv edilən əməliyyat baş tutsaydı, İranın daxili bölgələrindəki yüzlərlə hədəf eyni vaxtda vurulacaq və bölgədə gərginlik çox daha təhlükəli həddə yüksələcəkdi


