İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullaha məxsus olduğunu bildirdiyi hədəfə hava zərbəsi endirib. Bu barədə The Times of Israel məlumat yayıb Məlumata görə, zərbə Livan ərazisindən İsrailin şimalına doğru buraxılan üç pilotsuz uçuş aparatından sonra həyata keçirilib. İsrail Müdafiə Qüvvələ

İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullaha məxsus olduğunu bildirdiyi hədəfə hava zərbəsi endirib. Bu barədə The Times of Israel məlumat yayıb Məlumata görə, zərbə Livan ərazisindən İsrailin şimalına doğru buraxılan üç pilotsuz uçuş aparatından sonra həyata keçirilib. İsrail Müdafiə Qüvvələri (IDF) həmin dronların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib IDF-in açıqlamasında qeyd olunub ki, Beyrutun cənub ətrafındakı zərbənin hədəfi Hizbullahın pilotsuz uçuş aparatlarının saxlanıldığı və istifadə olunduğu obyekt olub. İsrail ordusu bu infrastrukturun şimal İsrailə qarşı hücumların təşkilində istifadə edildiyini iddia edib. İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsi öz ərazisinə yönələn hücumlara cavabsız qalmayacaq "İsrail ərazisinə qarşı yönəlmiş atəşə dözümlü yanaşmayacağıq. Beyrutda sakitlik yalnız Qalileyada sakitlik olduğu halda mümkün olacaq", - deyə o vurğulayıb Livanın dövlət xəbər agentliyi NNA Beyrutun cənubundakı Dahiyə bölgəsində güclü partlayış səslərinin eşidildiyini və əraziyə təcili yardım maşınlarının göndərildiyini bildirib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib


