Gələn həftə İsrail və Livan arasında danışıqların üçüncü raundu keçiriləcək
ABŞ Dövlət Departamenti bəyan edib ki, İsrail və Livan arasında birbaşa danışıqların üçüncü mərhələsi mayın 14 və ya 15-də keçiriləcək ABŞ Dövlət Departamentinin rəsmisi İsrail-Livan danışıqlarını qısa şəkildə dəyərləndirib Rəsmi qeyd edib ki, İsrail və Livan arasında danışıqların yeni mərhələsi

ABŞ Dövlət Departamenti bəyan edib ki, İsrail və Livan arasında birbaşa danışıqların üçüncü mərhələsi mayın 14 və ya 15-də keçiriləcək ABŞ Dövlət Departamentinin rəsmisi İsrail-Livan danışıqlarını qısa şəkildə dəyərləndirib Rəsmi qeyd edib ki, İsrail və Livan arasında danışıqların yeni mərhələsi mayın 14-ü və ya 15-də keçiriləcək Livanlı mənbələr Livan və İsrail arasında danışıqların üçüncü raundunun gələn həftə Vaşinqtonda keçiriləcəyini bildirib İsrail və Livan arasında danışıqlar başlayıb. İsrail və Livanın Vaşinqtondakı səfirləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlara hazırlıq çərçivəsində aprelin 14-ü və 23-də görüşüblər ABŞ Dövlət Departamentində keçirilən ilk görüş “1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa görüş” kimi qeydə alınıb Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Livan və İsrailin Vaşinqtondakı səfirləri iştirak ediblər ABŞ prezidenti Donald Tramp aprelin 24-də verdiyi açıqlamada yaxın gələcəkdə İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Cozef Aunu Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib Digər tərəfdən, Livanda İsraillə birbaşa danışıqlar mövzusu daxili siyasətdə və ictimai rəydə ən mübahisəli məsələlərdən biridir Prezident Aun və Baş nazir Nevvaf Selam danışıqları “qanın dayandırılması və daimi həll yolu” üçün məcburi və yeganə variant hesab etsələr də, Hizbullah və ona yaxın dairələr birbaşa təmasları “təslim olmaq” kimi qələmə verərək prosesə qarşı çıxırlar


