İsrail prezidenti Qazaxıstanın İbrahim Sazişlərinə qoşulmaq qərarını alqışlayır
ASTANA, Qazaxıstan, 27 aprel. İsrail prezidenti İsaak Hersoq Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq və Sülh Şurasının işində iştirak etmək qərarını alqışlayıb, Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir O, bu sözləri Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaye

ASTANA, Qazaxıstan, 27 aprel. İsrail prezidenti İsaak Hersoq Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq və Sülh Şurasının işində iştirak etmək qərarını alqışlayıb, Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir O, bu sözləri Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə dar tərkibdə görüşü zamanı deyib "Mən partnyorluğumuza, xüsusən də yüksək texnologiyalar sahəsində yeni təkan verməyə qadir olan yüksək səviyyəli sektor ekspertləri heyəti ilə gəlmişəm. Dünyanın yeni tarixi dövrə qədəm qoyduğu bir dövrdə əməkdaşlığımızın potensialı həqiqətən də böyükdür", - Hersoq deyib Tokayev qeyd edib ki, 1992-ci ildən iki ölkə arasında sıx və dostluq münasibətləri mövcud olub, həm iqtisadi, həm də siyasi əməkdaşlıqda mühüm nəticələr əldə olunub O, həmçinin Qazaxıstanın İbrahim razılaşmalarına qoşulmaq qərarını təsdiqləyib və vurğulayıb ki, bu addım Astananın Yaxın Şərq ölkələri ilə İsrail arasında münasibətlərin sabitləşməsinə töhfə verməyə hazır olduğunu əks etdirir. Tokayev əlavə edib ki, tərəflər ikitərəfli iqtisadi əlaqələrə dair geniş spektrli məsələləri müzakirə edəcək, əməkdaşlıq potensialının əhəmiyyətli olduğunu və bundan tam istifadə edilməli olduğunu vurğulayıb


.webp&w=2048&q=70)