İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı obyektlərinə zərbələr endirib
BAKI, Azərbaycan, 7 aprel. İsrail Hərbi Hava Qüvvələri Tehrana növbəti silsilə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb Mənbənin məlumatına görə, bu dəfə hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahları olub. Xüsusilə də Tehrandakı Baş Qərarg

BAKI, Azərbaycan, 7 aprel. İsrail Hərbi Hava Qüvvələri Tehrana növbəti silsilə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb Mənbənin məlumatına görə, bu dəfə hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahları olub. Xüsusilə də Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələrinin qərargahının əsas obyektlərinə zərbələr endirilib Bundan əlavə, İsrail təyyarələri ballistik raketlərin, eləcə də İsrailə raket atmaq üçün hazırlanmış buraxılış qurğularının olduğu anbarı vurub 2015-ci ildə İran və P5+1 qrupu arasında İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə razılıq əldə olundu və BMT Təhlükəsizlik Şurası əvvəlki altı qətnamənin ləğvinə və onun nüvə proqramı ilə bağlı İrana qarşı genişmiqyaslı sanksiyaların ləğvinə səbəb olan 2231 saylı qətnaməni qəbul etdi 2018-ci ildə ABŞ bu plandan çıxdı və İrana qarşı sanksiyalar tətbiq etdi. İranın planda nəzərdə tutulan məhdudiyyətləri tədricən aradan qaldırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə, 28 sentyabr 2025-ci ildə BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələri bərpa edildi Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci ilin may ayında dərc edilmiş hesabatında İranın zənginləşdirilmiş uran ehtiyatının 9247 kiloqram olduğu, bunun 408 kiloqramdan çoxunun 60% və ya daha yüksək zənginləşdirildiyi göstərilib ABŞ və İran arasında müxtəlif vaxtlarda İranın nüvə proqramı üzrə danışıqların iki raundu keçirilsə də, tərəflər konkret razılığa gələ bilməyib və danışıqların hər iki raundu münaqişə ilə yekunlaşıb. Bu münaqişələrin ən sonuncusu fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə başlayıb Buna cavab olaraq İran region ölkələrində İsrail və ABŞ hədəflərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirməyə başlayıb. Zaman keçdikcə münaqişə əhəmiyyətli dərəcədə genişləndi və Yaxın Şərqin müxtəlif ölkələrini əhatə etdi Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir
.webp&w=2048&q=70)

