İsrail Vaşinqton və Tehran arasında razılaşmalara razı olmalıdır - Tramp
BAKI, Azərbaycan, 8 iyun. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə oluna biləcək istənilən razılaşmanı qəbul etməyə məcbur olacaq, - Trend -in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Britaniya mətbuatına müsahibəsində deyib "Onun seçimi olmayacaq. Qərarlar

BAKI, Azərbaycan, 8 iyun. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə oluna biləcək istənilən razılaşmanı qəbul etməyə məcbur olacaq, - Trend -in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Britaniya mətbuatına müsahibəsində deyib "Onun seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları o deyil, mən verirəm", - Tramp deyib Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb


