İspaniyalı futbolçu Rafa Mir cinsi təcavüzə və zədələnməyə görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib
Ötən mövsüm La Liqada "Elçe"də çıxış edən və "Sevilya"ya transfer olunan ispaniyalı futbolçu Rafa Mirə bəd xəbər gəlib Rafa Mir cinsi təcavüz və yaralama ittihamı ilə 8,5 il həbs və 64 min avro pul cəzasına məhkum edilib. Valensiya Muxtar Vilayəti Ali Məhkəməsinin qərarı ilə təqsirli bilinən Mirə

Ötən mövsüm La Liqada "Elçe"də çıxış edən və "Sevilya"ya transfer olunan ispaniyalı futbolçu Rafa Mirə bəd xəbər gəlib Rafa Mir cinsi təcavüz və yaralama ittihamı ilə 8,5 il həbs və 64 min avro pul cəzasına məhkum edilib. Valensiya Muxtar Vilayəti Ali Məhkəməsinin qərarı ilə təqsirli bilinən Mirə verilən cəzanın 2024-cü ildə baş verən hadisə ilə bağlı olduğu bildirilib.Hələlik yekunlaşmayan qərara futbolçunun vəkillərinin etiraz edəcəyi bildirilib Futbolçu karyerasına Barselona infrastrukturunda başlayan Rafa Mir daha sonra “Real Mursiya”, “Valensiya”, “Vulverhempton”, “Las Palmas”, “Nottingem Forest”, “Hueska”, “Sevilya”, “Valensiya” və nəhayət, “Elçe” klublarında çıxış edib


