İspaniyalı professor: Həssas qruplara aid qadınların mənzilə çıxışının təmin edilməsində əsas rol dövlətlərə məxsusdur
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında qadınların əlçatan və münasib qiymətli mənzilə çıxış imkanlarının artırılması məsələsini müzakirə etdik. Bu mürəkkəb bir sahədir, çünki qadınların sabit məşğulluğa çıxışı bir çox regionlard

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında qadınların əlçatan və münasib qiymətli mənzilə çıxış imkanlarının artırılması məsələsini müzakirə etdik. Bu mürəkkəb bir sahədir, çünki qadınların sabit məşğulluğa çıxışı bir çox regionlarda məhdud olaraq qalır. Xüsusilə tək yaşayan qadınlar və başçısı qadın olan ailələr mənzil əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən İspaniyanın Madrid Memarlıq Məktəbinin şəhərsalma üzrə professoru, UNESCO Kafedrasının direktoru və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktorunun gender məsələləri üzrə məşvərət qrupunun sədri İnes Sançes De Madariaqa bildirib Onun sözlərinə görə, bir çox hallarda mövcud yaşayış yerləri iş və xidmət mərkəzlərindən uzaqda yerləşir ki, bu da əlavə sosial və iqtisadi maneələr yaradır: "Mənzilin həm əlçatan, həm də münasib qiymətli olması, eyni zamanda, iş yerlərinə, xidmətlərə və nəqliyyata çıxış imkanlarını təmin etməsi vacibdir. Lakin balansı təmin etmək çətindir və bu problem xüsusilə qadınlar üçün daha kəskindir, çünki onların orta gəlirləri bir çox ölkələrdə daha aşağıdır" O qeyd edib ki, həssas qruplara aid qadınların mənzilə çıxışının təmin edilməsində əsas rol dövlətlərə məxsusdur: "Dövlətlər tənzimləyici və qanunverici mexanizmlər vasitəsilə investisiya, maliyyələşmə və infrastruktur üçün əlverişli şərait yaradır, həmçinin özəl sektoru və qeyri-hökumət təşkilatlarını təşviq edirlər. Bununla belə, bu proses yalnız dövlətlərin üzərinə düşmür. Özəl sektor, vətəndaş cəmiyyəti və akademiya da mühüm rol oynayır. Xüsusilə akademiya yeni ideyaların və innovativ həllərin formalaşdırılmasına töhfə verir", - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


