İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisə

Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir Qeyd edək ki, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

NATO Sammitində vəzifə yerinə yetirən polis əməkdaşlarının zəhərləndiyi iddiası I Ankara Valiliyi: Zəhərlənmə sübutu tapılmadı | T24

Elon Musk-ın "Hökumət Effektivliyi Departamenti" rəsmi olaraq bağlandı: 11 milyard dollarlıq büdcə kəsiri buraxır, müəssisələrdə yenidən işə qəbul dalğası başlayır | T24
