Tenqri
Ana Səhifə
Dünya

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Enerjinin əhəmiyyəti XXI əsrdə daha da aydın şəkildə ortaya çıxıb. Enerji məsələsi dövlətlərin sənayedən tutmuş ən strateji və kritik sahələrə qədər bütün fəaliyyət istiqamətlərində həlledici rol oynayır. Bakının enerji resurslarının mühüm rolu artıq 150 ildən çoxdur ki, məlumdur. Azərbaycan son döv

0 baxışazertag.az
İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır
Paylaş:

Enerjinin əhəmiyyəti XXI əsrdə daha da aydın şəkildə ortaya çıxıb. Enerji məsələsi dövlətlərin sənayedən tutmuş ən strateji və kritik sahələrə qədər bütün fəaliyyət istiqamətlərində həlledici rol oynayır. Bakının enerji resurslarının mühüm rolu artıq 150 ildən çoxdur ki, məlumdur. Azərbaycan son dövrlərdə xüsusilə Bakı–Tbilisi–Ceyhan (BTC), TANAP və TAP kimi qlobal layihələrlə enerji arxitekturasında ön plana çıxır, Avrasiya məkanında, – Avropa ilə Asiya arasında, – strateji enerji dəhlizlərinin formalaşmasına mühüm töhfə verir Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə elmlər doktoru, İstanbul Mədəniyyət Universitetinin professoru İsmail Ermağan deyib Onun sözlərinə görə, bu xətlər vasitəsilə həm tranzit ölkə kimi, həm də öz enerji resurslarını qlobal bazarlara inteqrasiya etmək baxımından Türkiyə ilə inkişaf etdirilən əməkdaşlıq enerjinin nəqli, saxlanılması və enerji diplomatiyasının qurulması kontekstində xüsusi strateji əhəmiyyət daşıyır. Bu səbəbdən həm mövcud layihələrin daha geniş şəkildə inkişaf etdirilməsi, həm də ətraf ölkələrin bu şəbəkəyə inteqrasiyası hər iki dövlət üçün mühüm üstünlüklər yaradacaq “Xəzər hövzəsi və Bəsrə körfəzinin dünya enerji təchizatındakı yeri hər kəsə məlumdur. Qlobal neft və təbii qaz təchizatının əhəmiyyətli hissəsi məhz bu bölgələrin payına düşür. Belə bir şəraitdə Azərbaycanın və Türkiyənin yalnız mövcud enerji dəhlizləri çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq formatlarında da tərəfdaşlığını inkişaf etdirməsi vacibdir. Bu, həm risklərlə üzləşən Hörmüz boğazına alternativ marşrutların formalaşdırılması, həm də İnkişaf Yolu, Sülh Yolu və Bağdad dəmir yolu kimi layihələrdə qarşılıqlı dəstəyin gücləndirilməsi deməkdir. Belə bir yanaşma həm Şərqi Aralıq dənizi hövzəsində, həm də Xəzərdən Avropaya uzanan enerji marşrutlarında Azərbaycanın və Türkiyənin mövqelərini daha da gücləndirə bilər. Hazırda TANAP-ın və TAP-ın əhəmiyyəti hər kəsə məlumdur. Xəzər enerjisinin Avropaya təhlükəsiz və fasiləsiz daşınması böyük ölçüdə bu layihələrdən asılıdır”, - deyə professor əlavə edib İ.Ermağan bildirib ki, Rusiya-Ukrayna müharibəsi də Avropaya mühüm bir reallığı göstərdi: qitə öz enerji təhlükəsizliyini daha etibarlı və şaxələndirilmiş mənbələr hesabına təmin etməlidir. ABŞ müəyyən dövrlərdə bu ehtiyacın bir hissəsini qarşılasa da, uzunmüddətli perspektivdə dayanıqlı həll məhz etibarlı regional tərəfdaşlıqlardan keçir. Bu baxımdan Xəzər regionu və xüsusilə Azərbaycan ön plana çıxır “Hazırda yeni imkanlar pəncərəsi açılıb. Əgər Avropanın uzunmüddətli enerji təminatı hazırda geosiyasi gərginliklərin təsiri altında olan Bəsrə körfəzi və Hörmüz boğazından asılı vəziyyətdə qalacaqsa, Azərbaycan və Türkiyə öz potensiallarını yenidən qiymətləndirməlidirlər. Regiondan yeni nəql marşrutlarının formalaşdırılması və lazım gəldikdə digər mənbələrin də bu marşrutlara inteqrasiyası hər iki ölkənin strateji əhəmiyyətini daha da artıracaq Azərbaycan şirkətləri Şərqi Aralıq dənizində də fəaliyyət göstərirlər. Hazırda bölgədə formalaşan geosiyasi şərait Türkiyə üçün müəyyən risklər yaratsa da, Türkiyəni regional enerji tənliyindən kənarda saxlamağa yönəlmiş təşəbbüslərin qarşısını ala biləcək yeni imkanlar da meydana çıxır. Belə bir şəraitdə Azərbaycan–Türkiyə tərəfdaşlığı daha səmərəli şəkildə fəaliyyət göstərə bilər. Bakı və Ankara bu yeni geosiyasi imkanları diqqətlə dəyərləndirməli və onları ortaq strateji maraqlara uyğun şəkildə reallaşdırmalıdır”, - deyə professor qeyd edib O vurğulayıb ki, Avropanın enerji sahəsindəki tələbatını və mövcud kəsirini nəzərə alsaq, Türkiyə-Azərbaycan strateji əməkdaşlığı bu boşluğun əhəmiyyətli hissəsinin doldurulmasına töhfə verə bilər. “Bu kontekstdə Azərbaycan və Türkiyə yaşıl enerji keçidinə də xüsusi diqqət yetirməlidirlər. Türkiyə Günəş və külək enerjisi sahəsində son illərdə mühüm nailiyyətlər əldə edib və bərpaolunan enerji sektorunda dünyanın aparıcı ölkələrindən birinə çevrilməkdədir. Bu baxımdan hər iki ölkə külək, Günəş və digər alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə etməklə yaşıl transformasiyanı sürətləndirə bilər. Bu proses nə qədər sürətli, səmərəli və etibarlı həyata keçirilərsə, Azərbaycan və Türkiyənin regional təsir imkanları da bir o qədər artacaq. Eyni zamanda, Avropa kimi böyük iqtisadi və ticarət məkanları ilə münasibətlərdə hər iki ölkənin mövqeləri daha da möhkəmlənəcək. Türk dünyasının iki mühüm dövləti arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsi yeni geosiyasi və iqtisadi imkanların yaranmasına şərait yaradacaq”, - deyə İsmail Ermağan diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler