Tenqri
Ana Səhifə
Dünya

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi və fira

0 baxışazertag.az
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. Təşkilatımız üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və bu dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler