İslahatlar sosial müdafiədə yeni mərhələ yaratdı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb Bildirilib ki, bu günlərdə DSMF-nin BMT tərəfin

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb Bildirilib ki, bu günlərdə DSMF-nin BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin əsasında da Fondun qeyd edilən uğurlu islahat təcrübəsi dayanır "2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən, hüquq yarandığı anda elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün əvvələrdə mövcud olmuş uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, habelə artıq sənədləşmə və inzibati yük də innovativ həlllər vasitəsilə aradan qalxıb Proaktiv təyinat mexanizmi ilə əlaqədar 60-dan çox qurumun 80-ə yaxın informasiya sistemi ilə inteqrasiya təmin edilib və məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir Artıq 1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faiz üzərindədir DSMF-nin proaktiv, vətəndaşyönümlü xidmət təcrübəsi BMT-nin yoxsulluğun davamlı azaldılması, bərabərsizliyin aradan qaldılması, səffaf, ədalətli və güclü təsisatla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu da özündə ehtiva edir", - məlumatda qeyd olunub Baş Ələt stansiyasının yolları yenidən qurulur Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı “Azəriqaz” İB yanında İctimai Şuranın Fəaliyyət Planı təsdiqləndi Adil Kərimli və Qurultay iştirakçıları İsmailiyyə binasında olublar - FOTOLAR Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı - FOTO İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı Prezident fərman imzaladı Əli Əsədov qərar imzaladı İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO


