Tenqri
Ana Səhifə
Dünya

IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir

Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi təxminən 4 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir APA xəbər verir ki, bunu İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) baş direktor vəzifəsini icra edən Sami Əl-Suvaylem İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçi

0 baxışapa.az
IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir
Paylaş:

Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi təxminən 4 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir APA xəbər verir ki, bunu İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) baş direktor vəzifəsini icra edən Sami Əl-Suvaylem İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçirilən İslam Maliyyəsi üzrə 20-ci İDB Qlobal Forumunda deyib Onun sözlərinə görə, İslam İnkişaf Bankı Qrupunun ümumi həcmi təxminən 40 milyard ABŞ dolları təşkil edir. “Bu o deməkdir ki, ölçü baxımından IsDB Qrupu qlobal islam maliyyəsi sənayesinin cəmi 0,1 faizini təşkil edir. Lakin qrupun təsiri onun ölçüsündən qat-qat böyükdür”, – o bildirib Sami Əl-Suvaylem vurğulayıb ki, IsDB Qrupu yarandığı gündən etibarən islam maliyyəsi sənayesinin inkişafında aparıcı rol oynayıb: “IsDB Qrupu 50 ildən artıqdır ki, sənayenin lideridir və bu liderliyi davam etdirir. Bu fakt göstərir ki, qrup öz liderliyini kəmiyyətlə deyil, keyfiyyətlə təmin edir” O qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun fəaliyyəti təkcə maliyyələşdirmə ilə məhdudlaşmır, həm də islam maliyyəsinin inkişafı, bilik mübadiləsi, institusional potensialın gücləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib

Kaynak: apa.az

Diğer Haberler