Onlar miqrantlarla bağlı nəsə axtarırlar
Aİ payıza qədər Avropa İttifaqından qovulmuş miqrantlar üçün düşərgələrin yaradılacağı ölkələri seçməyi planlaşdırır. Layihəyə əsasən, sığınacaq almaqdan imtina edilən miqrantlar qeyri-müəyyən müddətə qala biləcəkləri mərkəzlərə köçürüləcək Hollandiyanın Miqrasiya və Sığınacaq üzrə Naziri Bart van

Aİ payıza qədər Avropa İttifaqından qovulmuş miqrantlar üçün düşərgələrin yaradılacağı ölkələri seçməyi planlaşdırır. Layihəyə əsasən, sığınacaq almaqdan imtina edilən miqrantlar qeyri-müəyyən müddətə qala biləcəkləri mərkəzlərə köçürüləcək Hollandiyanın Miqrasiya və Sığınacaq üzrə Naziri Bart van den Brink Euractiv-ə müsahibəsində bildirib ki, Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Hollandiyadan ibarət koalisiya layihə üzrə potensial tərəfdaşlarla danışıqlar mərhələsindədir Hansı ölkələrdən bəhs etdiyini açıqlamayan Brink 2026-cı ilin payızına qədər müəyyən edilə biləcək siyahının Afrika qitəsi ilə məhdudlaşmaması lazım olduğunu vurğulayıb. Danışıqlar prosesində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndələri iştirak edir, hollandiyalı nazir əlavə edib Brink bildirib ki, müzakirə olunacaq əsas məsələlər arasında miqrantların mərkəzlərdən öz ölkələrinə deportasiyasının maliyyələşdirilməsi də var. Həmçinin, mümkün sazişin bir hissəsi kimi ölkələr Aİ-dən miqrasiya tərəfdaşlığı və iqtisadi inkişaf sahələrində əməkdaşlığı genişləndirməyi xahiş edirlər Xatırladaq ki, 2025-ci ilin dekabrında Aİ ölkələri miqrasiya siyasətini sərtləşdirməyə razılaşıblar. Aİ daxili işlər nazirləri aylarla davam edən danışıqlardan sonra daha sərt sığınacaq qaydaları haqqında razılığa gəliblər


