İrlandiya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 23-də Şuşa şəhərində olub Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib "Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb

İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 23-də Şuşa şəhərində olub Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib "Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb", - məlumatda bildirilib və əlavə olunub ki, qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib: "Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar" Qeyd edək ki, irlandiyalı parlamentarilər Xankəndi də olublar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

