İçərişəhərdə WUF13-ə həsr olunmuş “Gələcəyin memarları” layihəsi təqdim olunub
Mayın 21-də İçərişəhərdə Bakı Avropa Liseyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə WUF13 beynəlxalq forumuna həsr olunmuş gələcəyin kiçikyaşlı memarlarının sərgisi, interaktiv fəaliyyətlər və konsert proqramı təşkil olunub AZƏRTAC xəbər verir ki, Bakı Avrop

Mayın 21-də İçərişəhərdə Bakı Avropa Liseyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə WUF13 beynəlxalq forumuna həsr olunmuş gələcəyin kiçikyaşlı memarlarının sərgisi, interaktiv fəaliyyətlər və konsert proqramı təşkil olunub AZƏRTAC xəbər verir ki, Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi tərəfindən həyata keçirilən “Gələcəyin memarları” layihəsi çərçivəsində təqdim olunan “Mehriban şəhər” adlı futuristik layihələr sərgisi qonaqların böyük marağına səbəb olub Birinci sinif şagirdləri “canlı molbertlər” obrazında, şlyapalar üzərində hazırladıqları kreativ memarlıq kompozisiyaları ilə Ümumdünya Şəhərsalma Forumunun iştirakçılarını heyran ediblər Bakı Avropa Liseyinin şagirdləri öz istedadlarını səhnə çıxışları ilə də nümayiş etdiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


