SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına zərbələr endirib
BAKI, Azərbaycan, 6 iyun. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri ABŞ-ın Küveytdəki iki hərbi bazasını və Bəhreyndəki hərbi obyektlərini ballistik raketlərdən atəşə tutub Məlumata görə, bu hücum ABŞ-ın İranın cənubunda yerləşən Hörmüzqan əyalətindəki Qeşm və Sirik adalar

BAKI, Azərbaycan, 6 iyun. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri ABŞ-ın Küveytdəki iki hərbi bazasını və Bəhreyndəki hərbi obyektlərini ballistik raketlərdən atəşə tutub Məlumata görə, bu hücum ABŞ-ın İranın cənubunda yerləşən Hörmüzqan əyalətindəki Qeşm və Sirik adalarındakı radar stansiyalarını atəşə tutmasına cavab olaraq həyata keçirilib Bəyanatda deyilir ki, dünən gecə saatlarında 4 neft tankeri SEPAH-ın bir neçə xəbərdarlığına baxmayaraq, ABŞ hərbçilərinin rəhbərliyi altında Hörmüz boğazından keçməyə cəhd edib. Xəbərdarlıqlardan sonra neft tankerlərindən biri vurularaq saxlanılıb, qalan tankerlər isə geri çəkilməyə məcbur olub Hesabatda bildirilir ki, İran qarşı tərəfə xəbərdarlıq edir ki, İran tərəfinə hücumlar olacağı təqdirdə cavab atəşi məhdudlaşdırılmayacaq və qarşı tərəf Hörmüz boğazının neft və qaz ixracı üçün tam bağlanmasına görə məsuliyyət daşıyacaq ABŞ, İsrail və İran arasında fevralın 28-dən aprelin 7-dək davam edən müharibə nəticəsində Hörmüz boğazından gəmilərin sərbəst keçməsinə ciddi məhdudiyyətlər qoyulub Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb
Diğer Haberler

Konstansada Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat partlayıb. Ukrayna hakimiyyəti Rumıniyaya vaxtında xəbərdarlıq etməyib

BAPF pensiya yığımlarının çıxarılması üçün yeni adekvatlıq hədlərini dərc edib
