Tenqri
Ana Səhifə
İqtisadiyyat

İranın Cənubi Pars Qaz Şirkəti iki zavodunu bərpa etməyə hazırlayır

BAKI, Azərbaycan, 3 iyun. İranın "Pars Oil and Gas" şirkətinin baş direktoru Turac Dehqani bu gün İran Milli Neft Şirkətində keçirilən toplantıda bildirib ki, Cənubi Pars Qaz Şirkətinin ABŞ və İsrail hərbi hava qüvvələrinin İrana qarşı endirdiyi zərbələr nəticəsində vurulmuş iki zavodunda bərpa işlə

0 baxıştrend.az
İranın Cənubi Pars Qaz Şirkəti iki zavodunu bərpa etməyə hazırlayır
Paylaş:

BAKI, Azərbaycan, 3 iyun. İranın "Pars Oil and Gas" şirkətinin baş direktoru Turac Dehqani bu gün İran Milli Neft Şirkətində keçirilən toplantıda bildirib ki, Cənubi Pars Qaz Şirkətinin ABŞ və İsrail hərbi hava qüvvələrinin İrana qarşı endirdiyi zərbələr nəticəsində vurulmuş iki zavodunda bərpa işlərinə hazırlıq mərhələsinə başlanılıb Onun sözlərinə görə, sözügedən iki qaz emalı zavodunda dağıntıların təmizlənməsi əməliyyatı hazırda 60% tamamlanıb Dehqani, güclü təhlükəsizlik tədbirləri və naməlum təhdidlər nəzərə alınmaqla, dağıntıların təmizlənməsi əməliyyatının riskli olduğunu və yuxarıda göstərilən işlərin həyata keçirilməsini mümkünsüz etdiyini söylədi Şirkət rəsmisi əlavə edib ki, yaxın bir ay ərzində dağıntıların tamamilə təmizlənməsi gözlənilir Fevralın 28-dən aprelin 7-dək Cənubi Pars Qaz Şirkətinin dörd emal zavodu ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları kontekstində vurulub

Kaynak: trend.az

Diğer Haberler