İran İslam İnqilabı Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanındakı ABŞ-a bağlı şirkətləri hədəfə alıb
BAKI, Azərbaycan, 7 aprel. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ABŞ-a bağlı şirkətlərə raket və dron hücumları həyata keçirib Məlumata görə, zərbələr davam edən əməliyyatın son mərhələsi çərçivəsində orta mənzilli raketlər, qanadlı raketlər və k
BAKI, Azərbaycan, 7 aprel. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ABŞ-a bağlı şirkətlərə raket və dron hücumları həyata keçirib Məlumata görə, zərbələr davam edən əməliyyatın son mərhələsi çərçivəsində orta mənzilli raketlər, qanadlı raketlər və kamikadze dronlardan istifadə edilməklə həyata keçirilib Bundan başqa, məlumatda hücumların Səudiyyə Ərəbistanındakı “Sadara”, “ExxonMobil”, “Dow Chemical” və “Chevron Phillips” şirkətləri də olduğu qeyd edilib. İran İnqilabı Keşikçiləri Korpusu həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) limanında İsraillə əlaqəli konteyner gəmisinin raketlə vurulduğunu iddia edib Bundan əlavə, ABŞ-ın “CVN 72” təyyarədaşıyan gəmisinin uzaq mənzilli qanadlı raketlərlə hədəfə alındığı bildirilib Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

.webp&w=2048&q=70)
