Tenqri
Ana Səhifə
Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin mövqelərini atəşə tutduğunu açıqlayıb

BAKI, Azərbaycan, 6 aprel. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ və İsrailin mövqelərini atəşə tutub Açıqlamada qeyd olunub ki, “Əsl vəd 4” əməliyyatının 98-ci mərhələsində Təl-Əvivin şimal və cənubu, Hayfadakı strateji mərkəzlər, Beer Şevadakı kimya zavodları və şirkətləri, o

0 baxıştrend.az
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin mövqelərini atəşə tutduğunu açıqlayıb
Paylaş:

BAKI, Azərbaycan, 6 aprel. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ və İsrailin mövqelərini atəşə tutub Açıqlamada qeyd olunub ki, “Əsl vəd 4” əməliyyatının 98-ci mərhələsində Təl-Əvivin şimal və cənubu, Hayfadakı strateji mərkəzlər, Beer Şevadakı kimya zavodları və şirkətləri, ordunun Petah Tikvadakı yeri ballistik raketlərlə atəşə tutulub Açıqlamada İsrailə məxsus "SDN7" konteyner gəmisinin qanadlı raketlə vurulduğuna diqqət çəkilib SEPAH əlavə edib ki, 5000-dən çox komando daşıyan ABŞ ordusuna məxsus "LHA7" quru-dəniz və vertolyot daşıyıcı gəmisi atəşə tutulub. Nəticədə gəmi Hind okeanının cənubuna çəkilib Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir

Kaynak: trend.az

Diğer Haberler