İranın Ərdəbil valisi qonşularla iqtisadi diplomatiyanın inkişaf etdirilməsini prioritet hesab edir
BAKI, Azərbaycan, 23 may. İranın Ərdəbil vilayətinin qubernatoru Məsud Emami-Yeqane yerli mətbuata bildirib ki, qonşu ölkələrlə iqtisadi diplomatiyanın inkişafı İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti üçün əsas prioritet olaraq qalır və bu istiqamətdə əlavə dəyər əldə etmək üçün birgə səylər

BAKI, Azərbaycan, 23 may. İranın Ərdəbil vilayətinin qubernatoru Məsud Emami-Yeqane yerli mətbuata bildirib ki, qonşu ölkələrlə iqtisadi diplomatiyanın inkişafı İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti üçün əsas prioritet olaraq qalır və bu istiqamətdə əlavə dəyər əldə etmək üçün birgə səylər göstərilir Onun sözlərinə görə, ötən İran ilində (21 mart 2025-ci ildən 20 mart 2026-cı ilə qədər) Ərdəbil əyalətindən müxtəlif ölkələrə 80 milyon dollar dəyərində məhsul ixrac edilib Emami-Yeqane qeyd edib ki, Ərdəbil vilayətindən istehsal olunan məhsullar ilk növbədə Qafqaz ölkələrinə və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə ixrac olunur Qubernator bəyan edib ki, Ərdəbil kənd təsərrüfatı, sənaye və mədənçıxarma sektorlarında özünəməxsus imkanlarından istifadə etməklə inkişafa doğru irəliləyir və İranın şimal-qərbində əsas ticarət mərkəzlərindən birinə çevrilmək potensialına malikdir "Hazırda ixracatçılara dəstəyi artırmaq və mövcud maneələri aradan qaldırmaqla əyalətin iqtisadi inkişafını artırmaq üçün səylər göstərilir" dedi İranın Ərdəbil vilayəti Azərbaycanla həmsərhəddir. Bu əyalətdə yeganə sərhəd-keçid məntəqəsi Biləsuvar gömrük postudur


