İranla saziş Vaşinqtonun kapitulyasiyasıdır - ŞƏRH
İranla əldə olunan razılaşma rəsmi Vaşinqtonun Tehranın şərtləri qarşısında geri çəkilməsi anlamına gəlir Modern.az xəbər verir ki, bu barədə ABŞ Senatının demokrat üzvü Kris Mörfi X sosial şəbəkəsində paylaşım edib “Yekun sazişin imzalanıb-imzalanmayacağını zaman göstərəcək. Lakin əgər bu baş ver

İranla əldə olunan razılaşma rəsmi Vaşinqtonun Tehranın şərtləri qarşısında geri çəkilməsi anlamına gəlir Modern.az xəbər verir ki, bu barədə ABŞ Senatının demokrat üzvü Kris Mörfi X sosial şəbəkəsində paylaşım edib “Yekun sazişin imzalanıb-imzalanmayacağını zaman göstərəcək. Lakin əgər bu baş verərsə, iki həqiqət eyni vaxtda doğru olacaq: bu, faktiki olaraq İran qarşısında kapitulyasiyadır. Bununla belə, buna sevinməliyik, çünki bu qanunsuz və mənasız müharibə davam etdikcə ABŞ daha da zəifləyir. Bu fəlakətli müharibənin sona çatması müsbət haldır, hətta razılaşmanın şərtləri ABŞ üçün alçaldıcı olsa belə”, – deyə Mörfi qeyd edib Onun sözlərinə görə, əldə olunan anlaşmanın əsas şərtləri İran tərəfindən diktə olunub: “İran yalnız bir güzəştə gedib – Hörmüz boğazını açıq saxlayıb. Lakin bu da əslində güzəşt deyil, çünki boğaz müharibədən əvvəl də açıq idi. İndi isə İran ABŞ-nin onun boğazı bağlamasına mane ola bilməyəcəyini nümayiş etdirdikdən sonra təsir imkanlarını daha da artırıb” Kris Mörfi hesab edir ki, İranın dondurulmuş aktivlərinin açılması faktiki olaraq Vaşinqtonun Hörmüz boğazının açıq qalması müqabilində Tehrana ödəniş etməsi deməkdir Senator həmçinin bildirib ki, İran nüvə proqramı ilə bağlı yeni öhdəlik götürməyib. Onun sözlərinə görə, Tehranın nüvə silahı əldə etməyəcəyinə dair vədi yeni güzəşt sayıla bilməz, çünki bu öhdəlik daha əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) da öz əksini tapmışdı Mörfi qeyd edib ki, Prezident Donald Tramp administrasiyası müharibə zamanı qarşıya qoyulan məqsədlərin heç birinə nail ola bilməyib “İranda hakimiyyət yenə də sərt xətt tərəfdarlarının əlindədir. Onlar ABŞ-nin ən güclü təzyiqinə tab gətirdilər və Hörmüz boğazını bağlamaq imkanına malik olduqlarını göstərdilər. Bu gün İran müharibədən əvvəlkindən daha güclüdür. Ölkənin hələ də raketləri, pilotsuz uçuş aparatları və nüvə proqramı mövcuddur”, – senator vurğulayıb O, yekun sazişin ümumiyyətlə imzalanmaması ehtimalını da yüksək qiymətləndirərək bildirib ki, belə olacağı təqdirdə ABŞ yaxın gələcəkdə hərbi əməliyyatları yenidən bərpa edə bilər Qeyd edək ki, daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Razılaşmanın iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, tərəflər 60 günlük atəşkəs dövründə Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə edəcəklər


