İranla ABŞ anlaşma sənədində iki bənd üzrə mübahisə edib
İran və ABŞ arasında anlaşma sənədinin müxtəlif bəndləri ilə bağlı fikir ayrılıqları onun elan edilməsinə son dəqiqələr qalanadəık davam edib Modern.az xəbər verir ki, bu barədə məlumatlı bir mənbə “Tasnim”ə bildirib. Mənbə son bir-iki gündə və anlaşmanın elan olunmasından əvvəlki saatlarda edilən

İran və ABŞ arasında anlaşma sənədinin müxtəlif bəndləri ilə bağlı fikir ayrılıqları onun elan edilməsinə son dəqiqələr qalanadəık davam edib Modern.az xəbər verir ki, bu barədə məlumatlı bir mənbə “Tasnim”ə bildirib. Mənbə son bir-iki gündə və anlaşmanın elan olunmasından əvvəlki saatlarda edilən bəzi dəyişikliklərin əsas istiqamətlərini belə izah edib: Anlaşmanın birinci bəndinə Livanın suverenliyinin təmin edilməsi və onun ərazi bütövlüyünə hörmət göstərilməsi ifadəsi əlavə olunub (Tramp əvvəlki mətnlərdə bu ifadənin əlavə edilməsini qəbul etmirdi) İran və Oman tərəfindən anlaşmanın 5-ci bəndinə “Hörmüz boğazında dənizçilik xidmətlərinin idarə olunması” ifadəsi əlavə edilib Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması 60 gün müddətinə istisna edilib (İran həmin müddətdən sonra gəmilərdən xidmət haqqı almağı planlaşdırır) Mənbə həmçinin vurğulayıb ki, Tramp anlaşmanın elanından dərhal sonra Hörmüz boğazının və blokadanın eyni vaxtda açılmasında israr edirdi. Lakin İran bunu qəbul etməyib və razılaşdırılıb ki, Hörmüz boğazının açılması prosesi cümə günü anlaşma imzalandıqdan sonra başlasın Tramp əvvəlcə sosial şəbəkədə paylaşdığı məlumatda boğazın və blokadanın eyni vaxtda açıldığını elan etmişdi. Lakin İranın Pakistan vasitəçisi vasitəsilə etdiyi xəbərdarlıqdan sonra Tramp paylaşımını düzəldərək yazıb ki, Hörmüz boğazı cümə günündən sonra yenidən açılacaq


