İran parlamentinin sədri və ABŞ-ın vitse-prezidenti memorandumun imzalanmasında iştirak edəcək - İran XİN rəhbərinin müavini
BAKI, Azərbaycan, 16 iyun. İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti JD Vens iştirak edəcəklər Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bu gün Tehranda xarici ölkələrin səfirləri və

BAKI, Azərbaycan, 16 iyun. İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti JD Vens iştirak edəcəklər Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bu gün Tehranda xarici ölkələrin səfirləri və diplomatları ilə görüşündə bildirib Onun sözlərinə görə, imzalanma yeri İsveçrə kimi müəyyən edilib, lakin bu ölkədə dəqiq yer müəyyən edilməyib. İmzanın elektron olub-olmayacağı hələ müəyyən edilməyib Taxt-Rəvançı bildirib ki, danışıqların növbəti raundu imzalandıqdan dərhal sonra başlayacaq. Danışıq qruplarına ABŞ-ın vitse-prezidenti və İran parlamentinin sədri rəhbərlik edəcək Nazir müavini əlavə edib ki, müzakirələrdə İrana dəymiş ziyan, İranın digər ölkələrdə dondurulmuş vəsaitlərinin sərbəst buraxılması, İranın nüvə proqramı, uranın zənginləşdirilməsi, zənginləşdirilmiş uran ehtiyatları və İranın nüvə ehtiyacları müzakirə olunacaq


