İrandan ABŞ-a “Roma” kimi mesaj: “Dərs almayanlar üçün tarix təkrarlanır”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran administrasiyasının müharibəyə son qoymaq təkliflərinin ABŞ prezidenti Donald Tramp tərəfindən “qəbuledilməz” kimi qiymətləndirilməsindən sonra diqqətçəkən açıqlama verib Bekayi sosial media hesabında paylaşım edərək, İran xalqının tarix

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran administrasiyasının müharibəyə son qoymaq təkliflərinin ABŞ prezidenti Donald Tramp tərəfindən “qəbuledilməz” kimi qiymətləndirilməsindən sonra diqqətçəkən açıqlama verib Bekayi sosial media hesabında paylaşım edərək, İran xalqının tarix boyu təkcə ayrı-ayrı işğalçılara qarşı deyil, həm də ən güclü ittifaqlara və nəhəng ordulara qarşı şərəfli qələbələr qazandığını bildirib Bekayi yazısında eramızdan əvvəl 53-cü ildə baş vermiş Karre döyüşündən bəhs edərək düşmənlərinə tarixi bir xatırlatma etdi. General Surena komandanlığında olan qüvvələrin sayca çox az və məhdud imkanlara baxmayaraq, Roma ağır zirehli birliklərini “asimmetrik” döyüş taktikası ilə məğlub etdiyini vurğulayan Sözcü, bu məğlubiyyətin dünya tarixinin dönüş nöqtələrindən biri olduğunu qeyd edib Açıqlamada sözügedən müharibənin nəticələri ilə bağlı diqqəti çəkən detallar paylaşılıb. Romanın ən zəngin və qüdrətli adamlarından biri olan Krassın bu döyüşdə öldürüldüyünü xatırladan İsmayıl Bekayi, "Bu döyüşdə Romalıların ən zəngin və güclülərindən biri olan Krass öldürüldü; Romanın yenilməzlik mifi sonsuza qədər darmadağın edildi, Romanın şərqə doğru genişlənmə xəyalı döyüş meydanında öldü" dedi İran sözçüsü ad çəkmədən hədəf aldığı qruplara qarşı tarixdən dərs alınmasının lazım olduğunu vurğulayıb. Tarixin bir dövrə olduğunu müdafiə edən Bekayi, "Tarix, onu araşdırmaqdan və ya ondan dərs almaqdan qaçanlar üçün təkrardan ibarətdir" dedi. sözləri ilə yekunlaşdırdı


