İrandan ABŞ-a “Qırmızı xətt” məktubu
İranın "qırmızı xətləri" ilə bağlı Vaşinqtona dolayı yolla mesajlar verdiyi iddiası diqqət çəkib. Xarici işlər naziri Abbas Əraqçinin İslamabaddakı təmasları zamanı İranın nüvə proqramı və Hörmüz boğazı başda olmaqla kritik mövzulardakı mövqeyinin Pakistan üzərindən ABŞ-a çatdırıldığı iddia edilib

İranın "qırmızı xətləri" ilə bağlı Vaşinqtona dolayı yolla mesajlar verdiyi iddiası diqqət çəkib. Xarici işlər naziri Abbas Əraqçinin İslamabaddakı təmasları zamanı İranın nüvə proqramı və Hörmüz boğazı başda olmaqla kritik mövzulardakı mövqeyinin Pakistan üzərindən ABŞ-a çatdırıldığı iddia edilib İran mətbuatında və diplomatik mənbələrə əsaslanan xəbərlərə görə, Ərakçinin təmasları zamanı ABŞ-ın tələbləri qarşısında Tehranın qəbul etməyəcəyi məsələlər açıq şəkildə çatdırılıb. Bu mövzuların xüsusilə nüvə fəaliyyətləri və Hörmüz boğazındakı strateji balansla bağlı olduğu bildirilib Xəbərdə bu təmasların ABŞ ilə birbaşa danışıqlar mənasına gəlmədiyi, vasitəçilik və mesajların ötürülməsi çərçivəsində həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, bu təşəbbüs regional gərginliyi azaltmaq və tərəflərin mövqelərini aydınlaşdırmaq məqsədi daşıyır Arakçi Pakistana səfəri çərçivəsində Asim Munirlə də görüşüb. Məlumat verilib ki, görüş zamanı regional təhlükəsizlik və ikitərəfli münasibətlər müzakirə olunub İslamabaddakı təmaslarından sonra Ərakçinin növbəti dayanacağı Rusiya olub. ABŞ ilə dolayı təmasların davam etdiyi bir vaxtda İranın çoxşaxəli diplomatik gedişatı diqqət çəkir Ekspertlərin fikrincə, İranın mesajlarını üçüncü ölkələr vasitəsilə ötürməsi birbaşa danışıqların əngəlləndiyi bir prosesdə “dolayı diplomatiyanın” ön plana çıxdığını göstərir. Bu vəziyyət Yaxın Şərqdə qüvvələr balansının yenidən formalaşdırıldığını göstərir

