İrandan ABŞ-a "bataqlıq" xəbərdarlığı: "Biz heç vaxt təzyiqlərə boyun əyməyəcəyik!"
Sosial media hesabından açıqlama verən Erakçi Pakistanın vasitəçiliyi ilə həyata keçirilən diplomatik prosesə diqqət çəkib. Diplomatik kanalların açıq olduğu dövrlərdə ABŞ-ın ehtiyatsızlıqdan hərbi vasitələrə əl atdığını əsas gətirən nazir bu vəziyyəti kobud təzyiq taktikası kimi qiymətləndirib Er

Sosial media hesabından açıqlama verən Erakçi Pakistanın vasitəçiliyi ilə həyata keçirilən diplomatik prosesə diqqət çəkib. Diplomatik kanalların açıq olduğu dövrlərdə ABŞ-ın ehtiyatsızlıqdan hərbi vasitələrə əl atdığını əsas gətirən nazir bu vəziyyəti kobud təzyiq taktikası kimi qiymətləndirib Erakçi bu gedişlərin ABŞ prezidentini “bataqlığa” sürükləmək istəyənlərin oyunu olub-olmadığını sual edib və İranın səbəblərindən asılı olmayaraq geri addım atmayacağını bildirib Ötən gün ABŞ-ın İranın neft tankerini hədəf alması ilə regionda gərginlik pik həddə çatıb. Bu hücuma cavab olaraq İran donanması ABŞ hərbi gəmilərini raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə vurub. Bu gərginlikdən sonra ABŞ qüvvələri cavab olaraq İranın cənub sahillərində bəzi bölgələrə qarşı əməliyyatlar keçirib

