İranda casusluq iddiası ilə daha bir nəfər edam edilib
İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a casusluqda ittiham olunan daha bir nəfərin edam hökmü icra edilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim keçdiyi iddia edilən Ehsan Efreştenin farsca ilə yanaşı, ingilis, ərəb və ivrit dillərini də bildiyi, “Mossad” ilə mətn mesajları

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a casusluqda ittiham olunan daha bir nəfərin edam hökmü icra edilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim keçdiyi iddia edilən Ehsan Efreştenin farsca ilə yanaşı, ingilis, ərəb və ivrit dillərini də bildiyi, “Mossad” ilə mətn mesajları vasitəsilə əlaqə saxladığı və “James” kod adından istifadə etdiyi bildirilib Efreşte, bir İT şirkətində kibertəhlükəsizlik üzrə ekspert kimi çalışarkən şirkətə və onun rəsmilərinə aid məxfi məlumatları “Mossad”a göndərməkdə ittiham olunurdu. Onun taksi sürücüsü adı altında müxtəlif yerlərin fotoşəkillərini çəkərək təmasda olduğu xarici şəxslərə göndərdiyi də iddia edilirdi

.jpg&w=2048&q=70)
