İran İsrailə raket atdı: Tramp Tehranı sakitləşməyə və danışıqlara qayıtmağa çağırıb
İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisindən İsrail ərazisi istiqamətində ballistik raketlərin buraxılmasını qeydə alıb, Reuters xəbər verir. “The Times of Israel” əlavə edir ki, ölkənin şimalında hava hücumu sirenləri səslənir. Bundan əvvəl Tehran İsrailin Beyrutun cənub ətrafına endirdiyi hava

İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisindən İsrail ərazisi istiqamətində ballistik raketlərin buraxılmasını qeydə alıb, Reuters xəbər verir. “The Times of Israel” əlavə edir ki, ölkənin şimalında hava hücumu sirenləri səslənir. Bundan əvvəl Tehran İsrailin Beyrutun cənub ətrafına endirdiyi hava hücumlarına “qətiyyətli və ağrılı” cavab verəcəyini vəd etmişdi. İran parlamentinin sədri Məhəmməd Qalibaf da bildirib ki, zərbədən sonra ABŞ-ın Yaxın Şərqdəki hədəfləri İranın hücumları üçün “qanuni hədəf” olub. İsrail ordusu iyunun 7-də Beyrutun cənub ətraflarında radikal Hizbullah hərəkatının infrastrukturuna zərbələr endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu hücum nəticəsində dinc sakinlər həlak olub. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, zərbə Hizbullahın ölkənin şimalına raket atmasına cavabdır. İsrail ordusu bütün bu raketləri ələ keçirdiyini bildirib ABŞ prezidenti Tramp İranı raket buraxılışından sonra danışıqlara qayıtmağa çağırıb, Fox News xəbər verir Amerika lideri telekanala deyib: "İrana belə məsləhət görərdim: siz raketlərinizi buraxdınız, bəsdir. "Danışıqlar masasına qayıdın və razılaşma əldə edin" Tramp həmçinin bildirib ki, ABŞ ordusu yüksək hazırlıq vəziyyətindədir İran deyir ki, bu gün İsrailə hücumu Təl-Əvivə Livana hücumları dayandırması üçün xəbərdarlıqdır


