Tenqri
Ana Səhifə
Dünya

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

İran ABŞ ilə mümkün razılaşmanın imzalanmasından sonra xaricdə dondurulmuş aktivlərinin azı 50 faizinin dərhal ölkəyə qaytarılmasını tələb edir AZƏRTAC xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, İranın

0 baxışazertag.az
İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir
Paylaş:

İran ABŞ ilə mümkün razılaşmanın imzalanmasından sonra xaricdə dondurulmuş aktivlərinin azı 50 faizinin dərhal ölkəyə qaytarılmasını tələb edir AZƏRTAC xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, İranın maraqlarına cavab verən əsas məsələlərdən biri ölkəyə məxsus maliyyə vəsaitlərinin dondurulmuş vəziyyətdən çıxarılmasıdır. Hazırda həmin vəsaitlərin hansı hissəsinin dərhal, hansı hissəsinin isə sonrakı mərhələdə qaytarılacağı müzakirə olunur. Diplomat vurğulayıb ki, Tehranın minimum tələbi qarşılıqlı anlaşma memorandumunun imzalanmasından dərhal sonra bu vəsaitlərin 50 faizinin İrana verilməsidir Nazir müavini əlavə edib ki, ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər digər ölkələrin də həmin vəsaitləri İrana qaytarmasına mane olur. İran rəsmisi dondurulmuş aktivlərin qaytarılmasının iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını hesab edir. Onun sözlərinə görə, Tehran bu məsələni ABŞ ilə aparılan danışıqlarda prioritet mövzulardan biri kimi gündəmdə saxlayır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler